EN

Uran ehtiyatlarının böyük hissəsi İsfahanda qalıb - Qrossi AÇIQLADI

Rafael Qrossi bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin qiymətləndirməsinə əsasən İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi hələ də İsfahan nüvə kompleksində saxlanılır.

Redaktor.az xəbər verir ki, "Associated Press"ə açıqlama verən Qrossi müfəttişlərin 2025-ci ildə baş vermiş müharibədən sonra həmin obyektə giriş imkanının olmadığını bildirib.

Məlumata görə, o, silah səviyyəsinə yaxın zənginləşdirilmiş material da daxil olmaqla ehtiyatların böyük qisminin hələ də həmin ərazidə qalması ehtimalını yüksək qiymətləndirib.

Qrossi əlavə edib ki, hazırkı vəziyyət beynəlxalq müfəttişlərin nüvə obyektlərini yoxlamasını məhdudlaşdırır və İranın nüvə obyektlərinə yenidən girişin təmin olunması vacibdir.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
41
1
redaktor.az

2Sources