EN

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotik vasitənin təsiri altında saxlanılıb

Sürücülük

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Aprelin 29-da yol hərəkəti qaydalarını pozduğuna görə “Changan” markalı, 77 QR 325 dövlət qeydiyyat nişanlı avtomobil Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, sənədlərə baxış zamanı nəqliyyat vasitəsini idarə edən Zaur Hüseynovun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən edilib.Bu barədə Ulusum.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, yoxlama zamanı Zaur Hüseynovun qeyri-adekvat davranışları əməkdaşlarda şübhə yaratdığından o, tibbi müayinədən keçirilib, müayinə nəticəsində onun narkotik vasitənin təsiri altında olduğu aşkar edilib.Zaur Hüseynov barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.“Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, sürücülük hüququ olmadan və ya məhdudlaşdırılmış vəziyyətdə, eləcə də narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər qətiyyətlə davam etdirilir”, - deyə məlumatda vurğulanıb.

Diqqət Çəkənlər

Prezident Kitabxanasında Zərifə xanım Əliyevanın 103 illiyi qeyd olunub

Barat Vüsalın 75 illik yubileyinə həsr olunan poeziya gecəsi keçirildi

Süni intellekt və qədim tarixdə kibertəhlükəsizlik çağırışları müzakirə olunub

Chosen
73
14
ulusum.az

10Sources