ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Xətai rayonu, Ukrayna dairəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 28-də saat 07:35 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 10-NA-321 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub. Belə ki, o, dairə boyunca hərəkətdə olan maşını gözləmədən yoluna davam edib və bu zaman görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsində qeyd olunur ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında “4.3 – Dairəvi hərəkət” nişanı qoyulduqda, sürücülər dairə üzrə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.