EN

Artıq bu cür hava rejiminə uyğunlaşmalıyıq Ekoloq

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Hazırkı havalar yaz ayına uyğundur. Sadəcə bu il yaz ayında həddindən artıq yağış yağdı. Yağışların intensiv və çox yağması, normadan artıq olması, hətta illik normanı keçməsi onu göstərir ki, iqlimdə kəskin dəyişikliklər baş verib. Havaların belə olması göstərir ki, artıq biz bu cür hava rejiminə uyğunlaşmalıyıq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında ekoloq Sadiq Həsənov Bakıda müşahidə olunan dəyişkən hava şəraitindən və yayda havaların necə keçə biləcəyi ehtimalından danışarkən səsləndirdi.

Həmsöhbətimiz yayda havaların necə ola biləcəyindən danışdı:

"Bu qədər intensiv yağışın yağması göstərir ki, yayda hava isti ola bilər. Belə intensiv yağışlardan sonra buxarlanma sürətlə artacaq. Günəşin aktivliyi, bizim olduğumuz coğrafi məkana daha yaxınlaşması istiləşməyə təsir edəcək və bu da temperaturun nisbətən əvvəlki illərlə müqayisədə daha isti keçməsinə şərait yaradır. Bu cür intensiv yağışlardan sonra yay aylarının isti və quraq keçməsi gözlənilən haldır.

Düşünürəm ki, bu cür havaların qeyri-adi keçməsi Azərbaycanın və ümumiyyətlə, Cənubi Qafqazın iqlim şəraitini dəyişib. Havada rütubətliliyin çoxalması baş verib. Hava həddindən artıq rütubətlidir və bu rütubətlilik elə bil ki, qərb yarımkürəsindən, xüsusilə şimal-qərb yarımkürəsində olan iqlimin tədricən Cənubi Qafqaza keçməsinin göstəricisidir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
redaktor.az

2Sources