EN

Şahin Mustafayev Ermənistanda doğulduğu yerə getmək istədiyini bildirib

Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.

"Unikal"ın məlumatına görə, Şahin Mustafayev doğulduğu yer olan Tavuş bölgəsinin Cucevan qəsəbəsini ziyarət etmək istəyini bildirib.

Ermənistan mətbuatı hazırda Ş.Mustafayevin səfərinin planlaşdırılıb-planlaşdırılmadığını öyrənməyə çalışır. 

Cucevan qəsəbəsinin inzibati rəhbəri Hambardzum Petrosyan bu barədə suala cavab verib: "Hazırda kənddə heç bir hərəkətlilik yoxdur. Jurnalistlər sadəcə zəng edib dedilər ki, "belə bir şey var"".

Ağarza Elçinoğlu

Chosen
34
1
unikal.az

2Sources