EN

Ukrayna Tuapseyə zərbəni bu səbəbdən endirib DETALLAR VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kreml Tuapsedə neft məhsullarının dağılmasının Ukrayna PUA-larının hücumları nəticəsində baş verdiyini bildirib.Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.Peskovun sözlərinə görə, Tuapsedə dağılan neft ixrac üçün nəzərdə tutulub.“Xatırlatmaq istəyirəm: bütün bunlar Kiyev rejiminin silahlı qüvvələri tərəfindən yönləndirilən dron zərbələrinin nəticəsidir”, - deyə Kremlin sözçüsü bildirib.Onun sözlərinə görə, dağılan neft Rusiyanın ixrac müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdu.Kreml daha əvvəl Tuapseyə hücumun nəticələrinin minimuma endirilməsi istiqamətində işlərin aparıldığını açıqlamışdı.

 

Bildirilir ki, hadisə yerində Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov işləyir. Prezident Vladimir Putin isə aprelin 28-də Tuapsedəki vəziyyətlə bağlı bir neçə dəfə məruzə alıb.

Qeyd edək ki, Tuapse son iki həftə ərzində üçüncü dəfə PUA hücumuna məruz qalıb. Bölgənin operativ qərargahının məlumatına görə, hücum nəticəsində neft sənayesi obyektində yeni yanğın başlayıb.Neft emalı zavodundakı yanğının lokallaşdırıldığı bildirilib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
50
bizim.media

10Sources