EN

Leyen: İstənilən razılaşma İranın nüvə və raket proqramlarını əhatə etməlidir

BAKI, 29 aprel. TELEQRAF

“ABŞ və İran arasında istənilən razılaşma Tehranın nüvə və ballistik raket proqramlarını əhatə etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

O əlavə edib ki, Avropa İttifaqı İran və Livanda atəşkəsin davam etməsini istəyir.

Fon der Leyen diplomatik yollar vasitəsilə Yaxın Şərqdə sülh və sabitliyin bərpasına təcili ehtiyac olduğunu vurğulayıb.

Chosen
53
teleqraf.com

1Sources