EN

Aktau 2030 cu il üçün İƏT in Turizm Paytaxtı seçilib

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Qazaxıstanın Aktau şəhəri 2030-cu il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Paytaxtı seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı qərar Şuşa şəhərində İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 7-ci iclasında verilib.

"Şuşa – İƏT-in Turizm Paytaxtı 2026" çərçivəsində təşkil olunan görüşdə üzv dövlətlərin turizm nazirləri və nümayəndə heyətləri iştirak ediblər. Tədbirin əsas nəticələrindən biri olaraq üzv ölkələr arasında turizm sahəsində əməkdaşlığın gələcək prioritetlərini müəyyən edən "Şuşa Bəyannaməsi" qəbul olunub", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Aktau şəhəri 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı elan olunmaq məqsədilə vahid namizəd kimi irəli sürülmüşdü.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
72
7
bakivaxti.az

8Sources