EN

Növbəti köç karvanları Xocalıya çatdı -

Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan növbəti köç karvanları Xocalı şəhərinə çatıb.Metbuat.az xəbər verir ki, ailələri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatlar barədə məlumat verilib, məlumatlandırıcı bukletlər paylanıb.Bu mərhələdə Xocalının Badaraya 16 (59 nəfər), Xanabada 10 (46 nəfər), Təzəbinəyə 3 (15 nəfər), Xanyurdu kəndinə isə 4 ailənin (25 nəfər) qayıdışı təmin edilib.12:39Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Metbuat.az xəbər verir ki, aprelin 29-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.

Bu mərhələdə Badara kəndinə 16 ailə - 59 nəfər, Xanabad kəndinə 10 ailə - 46 nəfər, Təzəbinə kəndinə 3 ailə - 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə - 25 nəfər köçürülür.

Chosen
45
1
metbuat.az

5Sources