EN

“Türk Hava Yolları” 18 istiqamətdə uçuşları dayandırır

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ildə 24 milyard dövriyyəsi olmuş “Türk Hava Yolları” 2026-cı ilin yay proqramına dəyişiklik edib. Şirkət Afrikaya uçuşları məhdudlaşdırmağa qərar verib. 

Avtosfer.az Afrika mediasına istinadla xəbər verir ki, yeni proqram 18 destinasiyaya uçuşları dayandırmağı və ya ciddi şəkildə məhdudlaşdırmağı nəzərdə tutur. Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, son günlərdə Afrikada çox sayda sərnişinlə əlaqə yaradılaraq biletlərin qaytarılması və ya uçuş vaxtlarının dəyişdirilməsi tövsiyə edilib.

Ciddi dəyişikliyə səbəb kerosinin bahalaşması və bəzi ölkələrdə vəziyyətin pisləşməsidir. İxtisar olunan uçuş nöqtələrindən onu Afrika qitəsindədir.

Qabon, Qvineya-Bisau, Konqo, Konqo Demokratik Respublikası, Mali, Syerra-Leone, Anqola, Zambiya, Cənubi Sudan və Liberiyaya uçuşlar ya dayandırılır, ya da məhdudlaşdırılır. Beləliklə, 10 illik genişlənmədən sonra türk şirkətinin Afrikada iştirakı azalır. 

Apreldən etibarən şirkət istismar xərclərini aaltmaq üçün Konakri (Qvineya) və Uaqaduquya (Burkina-Faso) daha aztutumlu hava gəmiləri ilə xidmət göstərir. Ekspertlərin fikrincə, məqsəd Afrika bazarını əldən verməməkdir. Lakin, istismar xərcləri artdıqca bu təyyarələr də rentabelli olmaya bilər.  

Qeyd edək ki, şirkət türkdilli ölkələrdən Özbəkistanın Fərqanə və Qazaxıstanın Türküstan şəhərlərinə uçuşları dayandırmağı planlaşdırır.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
avtosfer.az

1Sources