ain.az, Axsham.az portalına istinadən məlumat verir.
Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez aktrisa Katya Kabak ilə evlənir.
Axşam.az-ın məlumatına görə, Timur aktrisaya Moskvada evlilik təklifi edib. Katya isə ona “Hə” cavabını verib.
Qeyd edək ki, Rodrigez və Kabak 2023-cü ilin payızından münasibətdədirlər. 2025-ci ilin mayında müğənni həyat yoldaşı Anna Devoçkina ilə 16 illik evliliyini başa çatdıraraq rəsmi şəkildə boşanıb. Həmin vaxt Anna xaricdə olub və Timur onunla telefon zəngi vasitəsilə ayrıldığını bildirib.
Timur və Anna 2007-ci ildə ailə qurublar. Onların iki övladı var. Ayrılığın səbəbi kimi Annanın onun xəyanətlərinə işarə etdiyi bildirilsə də, şoumen bu iddiaları inkar edib. Qısa müddət sonra Rodrigez yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısında görünməyə başlayıb.









Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.