ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Son bir neçə ildir yerli siqaret istehsalında artım müşahidə olunur. Bu artımın arxasında isə bir neçə paralel amil dayanır”.
Bunu 525.az-a iqtisadçı ekspert Eyyib Kərimli deyib. İqtisadçı qeyd edib ki, bu prosesə təsir edən əsas amillərdən biri regional bazarlarda yaranmış mürəkkəb vəziyyətdir:
“Məlum olduğu kimi, Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa bazarlarında son illər logistika problemləri, geosiyasi gərginlik və sanksiyaların təsiri özünü göstərir. Bu amillər həmin bazarlarda istehsal və tədarük zəncirlərində müəyyən çətinliklər yaradıb. Belə bir şəraitdə Azərbaycan müəyyən mənada alternativ istehsal və təchizat mərkəzi kimi ön plana çıxmağa başlayıb. Ölkəmiz yaranmış vəziyyətdən iqtisadi baxımdan səmərəli şəkildə istifadə etməyə çalışır və bəzi hallarda bunu uğurla bacarır”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.