ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İranı hədələyib.
O, bu barədə “Truth Social” hesabında yazıb.
“Artıq o yaxşı adam yoxdur”, - Tramp özünü nəzərdə tutaraq bildirib.
“İran özünü ələ ala bilmir. Onlar qeyri-nüvə razılaşmasını necə imzalayacaqlarını bilmirlər. Tezliklə ağıllanmalıdırlar”, - ABŞ Prezidenti qeyd edib.
Tramp mətni özünün əlində silah olan fotosu ilə paylaşıb.
Tram başqa bir paylaşımında qeyd edib:
Almaniya Kansleri Fridrix Merz hesab edir ki, İranın nüvə silahına sahib olması normaldır. O nə danışdığını bilmir! Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov vəziyyətində qalardı. Mən hazırda İranla elə bir iş görürəm ki, bunu digər dövlətlər və ya prezidentlər çoxdan etməli idilər. Təəccüblü deyil ki, Almaniya həm iqtisadi, həm də digər sahələrdə zəif vəziyyətdədir!