EN

İsrailin hava hücumu nəticəsində HƏMAS komandiri öldürülüb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 aprel, AZƏRTAC

İsrailin hava hücumu nəticəsində HƏMAS-ın yüksəkrütbəli komandiri İyad Şambari öldürülüb.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, Qəzza zolağının şimalında həyata keçirilən əməliyyat zamanı zərərsizləşdirilən Şambari təşkilatın hərbi kəşfiyyat əməliyyatları üzrə məsul şəxslərindən biri olub.

Qeyd olunub ki, o, əməliyyatların planlaşdırılması və kəşfiyyat məlumatlarının toplanmasında mühüm rol oynayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
2
azertag.az

3Sources