EN

Dünya çempionatı Ermənistan və Gürcüstanda keçiriləcək

2029-cu ildə keçiriləcək gənclər arasında dünya çempionatının ev sahibləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, turnir Ermənistan və Gürcüstanda təşkil olunacaq. Qurum bu barədə rəsmi “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, bu yarış hər iki ölkənin tarixində FİFA bayrağı altında keçiriləcək ilk turnir olacaq.

Qeyd edək ki, 2025-ci ildə gənclər arasında dünya çempionatı Çilidə baş tutub. Həmin turnirin qalibi Mərakeş yığması olub. Finalda mərakeşlilər Argentinanı 2:0 hesabı ilə məğlub ediblər. Üçüncü yer uğrunda oyunda isə Kolumbiya Fransanı 1:0 hesabı ilə üstələyib.

Əlavə edək ki, 2027-ci ildə keçiriləcək növbəti mundiala Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək.

Chosen
45
idmanxeber.az

1Sources