Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Beynəlxalq Futbol Federasiyası (FIFA) DÇ-2026 zamanı qüvvədə olacaq intizam qaydalarına inqilabi dəyişikliklər hazırlayır.
Fanat.Az xəbər verir ki, məlumatı "The Times" qəzeti yayıb.
Mənbənin məlumatına görə, hakimlərə iki yeni qayda pozuntusuna görə oyunçuları birbaşa qırmızı vərəqə ilə cəzalandırmaq tapşırılacaq.
Əgər futbolçu rəqibi ilə mübahisə zamanı ağzını əli və ya köynəyi ilə örtərsə (kameralar və ya hakimlər onun dodaqlarını oxuya bilməsinlər deyə), o, dərhal meydandan kənarlaşdırılacaq.
Hakimin qərarlarına etiraz olaraq meydanı özbaşına tərk etmək də qırmızı vərəqəyə əsas sayılacaq.
FİFA prezidenti Canni İnfantinonun bu intizam tədbirlərini bu cümə axşamı, aprelin 30-da Kanadanın Vankuver şəhərində keçiriləcək təşkilatın konqresi zamanı rəsmi olaraq açıqlayacağı gözlənilir.
Bu yenilik Çempionlar Liqasındakı son qalmaqaldan qaynaqlanıb. "Benfika"nın cinah oyunçusu Canluka Prestianni "Real Madrid"in ulduzu Vinisius Juniora qarşı homofob təhqirlərə görə 6 oyunluq diskvalifikasiya edilib. Həmin münaqişə zamanı argentinalı köynəyini üzünə çəkərək dediklərini qəsdən gizlədib.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.