EN

Manuel Noyer Çempionlar Liqasında son 16 ilin ən uğursuz göstəricisinə imza atıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 aprel, AZƏRTAC

Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Fransanın PSJ komandası ilə görüşdə uğursuz göstəriciyə imza atıb.

AZƏRTAC xəbər verir ki, "Park de Prens"də 4:5 hesabı ilə başa çatan qarşılaşmada təcrübəli qolkiper qapısında beş top görüb və oyun ərzində bir dəfə də olsun seyv edə bilməyib. Statistikaya əsasən, rəqibin qapıya yönələn bütün zərbələri qolla nəticələnib.

Beləliklə, Manuel Noyer 2010-cu ildən etibarən Çempionlar Liqasının yarımfinal mərhələsində ən azı beş qol buraxan və bir dəfə də olsun zərbə dəf etməyən ilk qapıçı kimi tarixə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
61
5
azertag.az

5Sources