EN

Rizə vilayətində Azərbaycan və Türkiyənin regionları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Ankara, 29 aprel, AZƏRTAC

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev Türkiyənin Rizə vilayətinin valisi İhsan Səlim Baydaş ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş əsnasında iki qardaş ölkənin regionlarının iqtisadi-ticari əməkdaşlığın inkişafına verdiyi töhfə, eləcə də Azərbaycan ilə Türkiyə arasında sosial-mədəni qarşılıqlı əlaqənin dərinləşdirilməsi yolları müzakirə olunub.

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin də iştirak etdiyi görüşdə hazırda Rizədə yaradılan “İyidere” logistika mərkəzinin təklif etdiyi imkanlar ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu mərkəz beynəlxalq ticarətin inkişafına, nəqliyyat xərclərinin azaldılmasına, ixrac və idxal proseslərinin sürətləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

Azərbaycanın baş konsulu Rizəyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğan Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
60
1
azertag.az

2Sources