EN

ÇL: İspaniya və İngiltərə nəhəngləri üz-üzə

UEFA Çempionlar Liqasında yarımfinal həyəcanı davam edir.

Publika.az xəbər verir ki, bu gün ilkin görüşlər çərçivəsində ikinci matç keçiriləcək. İspaniya təmsilçisi "Atletiko" doğma meydanda İngiltərə nəhəhgi "Arsenal"la qarşılaşacaq.

Madridin "Metropolitano" stadionunda keçiriləcək oyunun start fiti saat 23:00 veriləcək.

Qeyd edək ki, mərhələnin ötən gün baş tutan ilk matçında PSJ evdə "Bayern"i 5:4 hesabı ilə məğlub edib. Cavab görüşləri mayın 5 və 6-da keçiriləcək.

Chosen
62
publika.az

1Sources