EN

42 dəqiqəyə 17 min manat qazandı FOTO

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Sosial şəbəkə fenomeni Fatma Soydaşın bir neçə dəqiqə ərzində əldə etdiyi gəlir hər kəsi heyrətə gətirib. Gənc qadının canlı yayım zamanı topladığı vəsaitin miqdarı rəqəmsal platformaların qazanc potensialını yenidən gündəmə gətirib.Demokrat.az xəbər verir ki, adı məşhur ilahiyyatçı Nihat Hatipoğlunun oğlu Said Hatipoğlu ilə eşq iddialarında hallanan Fatma Soydaş TikTok platformasında rekord qazanc əldə edib.Haqqında yayılan xəbərlərdən sonra izləyici sayı sürətlə artan fenomen cəmi 42 dəqiqə davam edən canlı yayım açıb. Bu qısa müddət ərzində izləyicilərin göndərdiyi virtual hədiyyələrin ümumi dəyəri 323 min 330 türk lirəsi (təxminən 17 min manatdan çox) təşkil edib. Sosial media istifadəçiləri yayım boyu fenomenə böyük maraq göstəriblər.Xatırladaq ki, Fatma Soydaş Said Hatipoğlu ilə bir yerdə görüntüləndiyi videodan sonra ciddi müzakirələrə səbəb olmuşdu. O, qısa müddət əvvəl yaydığı açıqlamada aralarında sevgi münasibəti olması ilə bağlı iddiaları qəti şəkildə təkzib etmişdi.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
92
demokrat.az

1Sources