EN

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Əfqanıstan Xarici İşlər Nazirliyi Pakistanın Kabildəki müvəqqəti işlər vəkilini çağırıb.

Bizim.Media xəbər verir ki, buna Pakistan qüvvələrinin Əfqanıstan sərhədi boyunca mülki obyektlərə hücumları səbəb olub.

Əfqanıstan tərəfinin məlumatına görə, hücuma məruz qalan obyektlər arasında Kunar vilayətində yerləşən universitet də var.
 

“Taliban” administrasiyası Pakistan qüvvələrinin bu hərəkətlərini Əfqanıstanın hava məkanının pozulması kimi qiymətləndirib.


Kabil İslamabada xəbərdarlıq edərək bildirib ki, bu cür addımlar ciddi nəticələrə səbəb ola bilər.

Hadisə ilə bağlı Pakistan tərəfinin mövqeyi hələlik açıqlanmayıb.

Bizim.Media

Chosen
49
3
bizim.media

4Sources