EN

Trampdan İranla bağlı gözlənilməz TAPŞIRIQ

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İran İslam Respublikasının uzunmüddətli blokadasına hazırlaşmaq tapşırığı verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ rəsmilərinə istinadən yazıb.

Amerika lideri İran ərazisinin bombalanmasının yenidən başlamasını və ya münaqişədən geri çəkilməsini daha riskli ssenarilər hesab edib. Daha əvvəl ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı  blokada səbəbindən İranın Çah Bahar dəniz limanında 20-dən çox gəminin qaldığını bildirmişdi.

Bu arada, Tramp blokadanın yalnız Vaşinqton və Tehran arasında danışıqlarda əhəmiyyətli "müsbət irəliləyişlər" olarsa qaldırıla biləcəyini bildirib. Bununla belə, o, İslam Respublikası ilə razılığa gəlməyə tələsmədiyini qeyd edib.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
1
cebheinfo.az

2Sources