EN

Bakıda yaşayış binasında yanğın baş verib, 87 yaşlı qadının meyiti tapılıb

Paytaxtın Nəsimi rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Rəsul Rza küçəsindəki beşmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində 5-ci mərtəbədə yerləşən ikiotaqlı mənzilin mətbəxində başlayan yanğın genişlənmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı ümumi sahəsi 50 kvadratmetr olan mənzilin mətbəxində dolab və soba yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yerinə baxış zamanı mənzil sahibi, 1939-cu il təvəllüdlü Əliyeva Ayla Ağahəsən qızının meyiti blokun girişində aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Chosen
94
31
apa.az

10Sources