EN

Pluşenko yenidən Bakıya gəlib

Yazını böyüt
Yazını kiçilt

Fiqurlu konkisürmə üzrə dördqat Olimpiya mükafatçısı, üçqat dünya və yeddiqat Avropa çempionu Yevgeni Pluşenko yenidən Bakıya gəlib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, təcrübəli mütəxəssis Bakıda keçirilən fiqurlu konkisürmə üzrə təlim-məşq toplanışına qatılıb.

Heydər Əliyev adına İdman-Konsert Kompleksinin Buz Arenasında təşkil edilən təlim-məşq toplanışı aprelin 24-dən 28-dək davam edib. Toplanış çərçivəsində, aprelin 27-də və 28-də təcrübəli mütəxəssis Yevgeni Pluşenko Azərbaycanda fəaliyyət göstərən “Ocaq” və “Tamis” fiqurlu konkisürmə idman klubları üçün də ustad dərsi keçib.

Chosen
43
4
hafta.az

9Sources