EN

Balenciaga Kirkorovu qara siyahıya salıb

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransanın məşhur moda brendi "Balenciaga" rusiyalı müğənni Filipp Kirkorovu qara siyahıya salıb.

Axşam.az xəbər verir ki, Kirkorov açıqlamasında brendin kreativ direktoru Demna Gvasalianın ona qoyduğu alış-veriş qadağasını axmaqlıq adlandırıb

Sənətçi əlavə edib ki, bu qərar ona təsir etmir və o, buna əhəmiyyət vermir.

“Onlar düşünür ki, mən buna görə bu brendi almayacağam? Xeyr, alacağam. Niyə özümü bundan məhrum etməliyəm? Əksinə, bu məni daha da həvəsləndirir. Biz çıxış yolu tapacağıq. Axı biz rusuq!” deyə, Kirkorov qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin sonunda Kirkorovun stilistinə Monakodakı "Balenciaga" butikindən zəng edərək bildiriblər ki, müğənni Rusiyada qaldığı üçün artıq ona xidmət göstərə bilməyəcəklər. Daha sonra Kirkorov Dubayda alış-veriş zamanı brendin çantasını almaq istəyərkən kassada satışa qadağa ilə qarşılaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
axsam.az

1Sources