EN

Sadıqov: “Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir”

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Araz-Naxçıvan” – “Zirə” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Bu oyundan öncə hər iki komanda qarşısına qoyulan məqsədə çatmışdı. Hər iki komandaya avrokuboklarda uğurlar arzulayıram. Aramızda çox yaxşı, prinsipial yarış keçdi. “Araz-Naxçıvan” 2-ci, biz 3-cü ola bilərdik. İki komanda da mövsümü eyni səviyyədə keçirdi. Bəzi oyunlarda bizim nəticələrimiz uğurlu alındı deyə rəqibimizi üstələdik. Əsas heyətin oyunçuları ilə oynadıq ki, onlar formalarını itirməsinlər.

– Klubun fəxri prezidenti Orxan Məmmədovun oyuna gəlməsinin xüsusi səbəbi var idi?

– Xeyr. Orxan müəllim futbolu sevən insandır. Minifutbol millimizin oyunu bitdikdən sonra bura gəldi. Matç bitəndən sonra futbolçulara mövsüm ərzində göstərdikləri performansa görə təşəkkür etdi. Buradan da çıxıb dərhal Rumıniya – Fransa matçına getdi. Çünki bu komandalardan biri 1/8 finalda millimizin rəqibi olacaq. Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir. Bu enerji komandaya da keçir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
65
futbolpress.az

1Sources