EN

Gənc aktyorun ürəyi dayandı

Məşhur türkiyəli aktyor Oktay Çubuk Portuqaliyada qəfil pisləşərək xəstəxanaya yerləşdirilib.

Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki,30 yaşlı sənətçi Lizbon şəhərində anası, Robert Liseyinin müdiri Nihan Çetinyamaç ilə istirahətdə olarkən qəfildən halı pisləşib.

Məlumata görə, aktyorun ürəyi dayanıb. Hadisə yerinə çağırılan təcili yardım vasitəsilə o, dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin vaxtında müdaxiləsi nəticəsində Oktay Çubukun ürək fəaliyyətini bərpa etmək mümkün olub. Hazırda sənətçinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Həkimlər onun vəziyyətini ciddi nəzarətdə saxlayırlar.

Hazırda ailəsi və yaxınları aktyorun səhhəti ilə bağlı növbəti rəsmi açıqlamanı gözləyirlər.

Chosen
37
2
publika.az

3Sources