EN

​“YouTube”da "Ask" funksiyası istifadəyə verildi

“YouTube”da süni intellekt əsaslı yeni funksiya istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, "Google"a məxsus "YouTube" platformasında “Ask YouTube” adlı eksperimental alət test edilməyə başlanıb. Bu yenilik istifadəçilərə video axtarışı zamanı daha interaktiv imkanlar təqdim edir. Yeni funksiyanın əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçilər artıq sadəcə açar sözlərlə deyil, birbaşa suallar verərək lazım olan məzmunu tapa bilirlər. Sistem isə cavab olaraq həm izahlı mətn təqdim edir, həm də uyğun videoları seçərək göstərir. Bundan əlavə, istifadəçi əlavə suallar verərək nəticələri daha da dəqiqləşdirə bilir.Məlumata görə, funksiya hazırda ABŞ-də “YouTube Labs” proqramı çərçivəsində yalnız premium istifadəçilər üçün aktivdir və məhdud müddət ərzində sınaqdan keçirilir. İstifadəçilər bu aləti aktivləşdirdikdən sonra platformada ayrıca “Ask YouTube” bölməsi vasitəsilə istifadə edə bilirlər.

Qeyd edək ki, bu addım platformada axtarış təcrübəsini daha “ağıllı” və fərdiləşdirilmiş hala gətirməyə yönəlib.

Chosen
56
1
metbuat.az

2Sources