EN

Gömrükdə mallar 1 aydan çoxSAXLANILMAYACAQ

Gömrük Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların müvəqqəti saxlanma müddəti maksimum 1 ay olacaq.

Redaktor.az xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Layihəyə görə, mallar müvəqqəti saxlanca sadələşdirilmiş bəyannamə və gömrük orqanının aktı əsasında yerləşdiriləcək. Saxlanma müddəti malların xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək, lakin 1 aydan artıq ola bilməyəcək.

Chosen
52
5
redaktor.az

6Sources