EN

Gənə dişləyən 3 yaşlı uşaq xəstəxanaya yerləşdirildi

Türkiyədə 3 yaşlı uşaq gənə dişləməsindən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Day.Az xəbər verir ki, hadisə Tokat vilayətinin Zilə rayonunda baş verib.

Məlumata görə, uşağın bədəninə gənə yapışdıqdan bir müddət sonra onda hərarət və halsızlıq əlamətləri yaranıb.

Ailəsi tərəfindən ilkin olaraq yerli tibb müəssisəsinə aparılan uşaq, vəziyyəti ağırlaşdığı üçün Tokat Gaziosmanpaşa Universiteti Xəstəxanası-na göndərilib. Hazırda o, həkim nəzarəti altında müalicə alır və vəziyyətinin ciddi olduğu bildirilir.

Qeyd edək ki, bölgədə Krım-Konqo hemorragik qızdırması riski mövcuddur. Bundan təxminən 10 gün əvvəl eyni rayonda başqa bir şəxs də gənə dişləməsi nəticəsində həyatını itirmişdi. Mütəxəssislər vətəndaşlara açıq ərazilərdə diqqətli olmağı tövsiyə edirlər.

Chosen
82
day.az

1Sources