EN

Prezident Kitabxanasında Zərifə xanım Əliyevanın 103 illiyi qeyd olunub

Prezident

Raxshanda

Müəllif

Raxshanda

Tədbirdə akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələr və zəngin elmi irsi yüksək qiymətləndirilib.2026-cı il aprelin 28-də Prezident Kitabxanasında Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Konfrans zalında təşkil olunan tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, dövlət rəsmiləri, akademikin ailə üzvləri və tələbələr iştirak etmişlər.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasından Ulusum.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs etmişdir. O, çıxışında Zərifə xanımı minlərlə insanın qaranlıq dünyasına nur bəxş edən böyük şəxsiyyət kimi səciyyələndirmişdir.Bildirilib ki, akademikin peşəkar həkimlik fəaliyyəti və tətbiq etdiyi yeni müalicə üsulları nəticəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunmuş, minlərlə insan qlaukoma xəstəliyindən xilas edilmişdir. Qeyd olunmuşdur ki, Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti yalnız öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir. Onun yaratdığı elmi məktəbin yetirmələri hazırda Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verməkdə davam edirlər. Zərifə xanım Əliyevanın zəngin elmi irsi və insanlığa xidmət missiyası Azərbaycan elminin mənəvi dayağı kimi daim ehtiramla anılır.Afət Abbasova həmçinin qeyd etmişdir ki, Zərifə xanım Əliyeva təkcə böyük alim deyil, eyni zamanda örnək bir ana və sadiq ömür-gün yoldaşı kimi də xalqımızın yaddaşında əbədi iz qoymuşdur.Tədbirdə tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Rəşid qızı Axundova çıxış edərək akademiklə bağlı xatirələrini bölüşmüşdür. O, çıxışında demişdir:“Zərifə xanımı böyük məhəbbətlə xatırlayıram. 1970-ci illərdə o, mənim göz həkimim olmuşdu və həmin dövrdən yaddaşımda silinməz iz buraxmışdır. Zərifə xanım yalnız yüksək peşəkarlığı ilə seçilən həkim deyil, eyni zamanda son dərəcə zərif, nəcib və qayğıkeş bir insan idi. O, gözəl xanım, mehriban ana, sevimli nənə və sədaqətli həyat yoldaşı kimi hər zaman seçilirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq və hər birimiz üçün əsl həyat nümunəsi olaraq qalacaqdır.”Daha sonra akademik Zərifə xanım Əliyevanın zəngin ömür yolunu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Videomaterialda onun həyatının müxtəlif dövrləri və oftalmologiya elminə verdiyi mühüm töhfələr təqdim olunmuşdur.Əməkdar jurnalist İttifaq Mirzəbəyli çıxış edərək Zərifə xanım Əliyevanın zəngin irsini xalqımızın mənəvi xəzinəsi kimi dəyərləndirmiş, onun haqqında çoxsaylı məqalələrin müəllifi olduğunu vurğulamışdır.Qeyd edilmişdir ki, Prezident Kitabxanası tərəfindən akademikə həsr olunmuş elektron layihə, virtual sərgi və ənənəvi kitab sərgisi hazırlanmışdır. Bu resurslar görkəmli alimin zəngin elmi irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.Tədbirdə həmçinin Zərifə xanım Əliyevanın ailə üzvü Lalə Cəfərova, yazıçı-publisist Şərəf Cəlilli, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktoru Nigar Axundova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova və Əməkdar jurnalist Tahir Talıblı çıxış edərək akademikin elmi irsi və ictimai fəaliyyəti barədə fikirlərini bölüşmüşlər.Çıxışlarda akademikin zəngin fəaliyyəti və nəcib şəxsiyyətinin xalq yaddaşında unudulmaz örnək olduğu xüsusi vurğulanmışdır.Sonda professor Afət Abbasova tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.Prezident

Diqqət Çəkənlər

Demensiyadan qoruyan ideal yuxu müddəti məlum oldu

Azərbaycan–BƏƏ əlaqələri genişlənir

Abşeronda 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Chosen
52
2
ulusum.az

3Sources