EN

Ötən bir ay, onlarla təmas, bir strategiya: Bakı modeli…

“Qlobal gərginlilər  və talatümlər fonunda Azərbaycan  milli maraqlara uyğun rasional, praqmatik və tarazlı siyasət ayı davam edir.  Bir tərəfdə müharibələr, digər tərəfdə enerji böhranı, başqa bir coğrafiyada isə siyasi qarşıdurmalar… Sanki xəritənin hər nöqtəsi gərginliyin episentrinə çevrilib. Amma bu xaosun ortasında bir məkan var ki, orada fərqli mənzərə hökm sürür. Sabitlik, dialoq və əməkdaşlıq məkanı. Bu məkan Azərbaycandır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

O qeyd edib ki, bu gün Azərbaycan təsadüfi uğurların deyil, düşünülmüş strategiyanın nəticəsini yaşayır:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən çoxvektorlu, balanslı və praqmatik siyasət ölkəni sadəcə regionun deyil, qlobal proseslərin ciddi aktoruna çevirib.
Bunu görmək üçün uzağa baxmağa ehtiyac yoxdur. Son bir ayın diplomatik xronologiyası kifayətdir. Telefon zəngləri, səfərlər, beynəlxalq görüşlər… Bunlar sadəcə protokol deyil  geosiyasətin canlı ritmidir”.
Deputat əlavə edib ki, bunun üçün təkcə aprel ayında  Prezident İlham Əliyevin  səfərlərinə, keçirdiyi görüşlərə və ölkəmizə  edilənsəfərlərin  xronolgiyasına diqqət yetirmək kifayətdir: “Mən ancaq ölkə liderlərinin  Azərbaycana səfəri və Prezident İlham Əliyevin keçirdiyi görüşülərin xronologiyasına nəzər salacam. 

2 aprel – Bakı qlobal dialoq mərkəzi kimi
Türk Dövlətləri Təşkilatının toplantısı Bakıda keçirilir.
Bu, sadəcə tədbir deyil, həm də  Azərbaycanın artıq regional koordinasiya mərkəzi olduğunu göstərir.
Eyni gün — İran xətti…
Məsud Pezeşkian ilə telefon danışığı.
Humanitar yardım, gərginlik, sülh çağırışı… Azərbaycan böhranı alovlandırmır, əksinə sakitləşdirmə yolunu tutur.
İranla iki dəfə telefon danışığı…
Bu, adi diplomatik əlaqə deyil. Bu, gərgin regionda sabitlik mesajıdır. Qarşıdurmanın fonunda dialoqu seçmək, gərginliyi yumşaltmaq, humanitar dəstəyi davam etdirməksə  yumşaq gücün ən təsirli formasıdır. Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianıla görüşü ilə bağlı sosial media platformasındakı paylaşımında deyir: “Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”. Bu fikrə əlavə şərh ola bilməz, çünki  bu fikir hər şeyi ehtiva edir. 
Gürcüstana dövlət səfəri…
Bu, sadəcə qonşuluq münasibəti deyil. Bu, regionda yeni əməkdaşlıq arxitekturasının qurulmasıdır. Orta Dəhlizdən tutmuş enerji layihələrinə qədər uzanan strateji xətt Azərbaycanın nəqliyyat və iqtisadi gücünü geosiyasi təsirə çevirir.
Antalyada keçirilən diplomatiya platforması…

Türkiyə və Pakistan liderləri ilə eyni masa ətrafında verilən mesajlar göstərdi ki, Bakı artıq yalnız iştirakçı deyil, eyni zamanda mövqeləri formalaşdıran mərkəzdir.
 

Və Qəbələdə baş tutan görüş…

Çex baş naziri Andrey Babiş ilə aparılan danışıqlar bir daha sübut etdi ki, Azərbaycan–Avropa münasibətləri yeni mərhələyə keçir. Enerji, iqtisadiyyat, müdafiə sənayesi… Bu sahələrdə qurulan əməkdaşlıq artıq təkcə iqtisadi deyil, strateji xarakter daşıyır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Bakıya səfəri isə bu mənzərənin ən parlaq nüanslarından biridir. Müharibə şəraitində olan bir ölkənin liderinin Bakıya gəlməsi təsadüfi deyil. Bu, etimaddır. Bu, siyasi çəkidir. Bu, Azərbaycanın artıq sabitlik məkanı kimi qəbul olunmasının təsdiqidir.
Azərbaycan-Ukrayna münasibətlərində səslənən fikirlər, imzalanan sənədlər və aparılan müzakirələr göstərir ki, Bakı yalnız regional deyil, qlobal təhlükəsizlik dialoqunun da iştirakçısına çevrilib.

Latviya, Litva, Moldova ilə görüşlər…

Bunların hər biri ayrı-ayrılıqda hadisə deyil. Bunlar birlikdə böyük geosiyasi xəritənin konturlarını çəkir.
Bu xəritədə Azərbaycan enerji təminatçısı, nəqliyyat qovşağıdır  və siyasi dialoq platforması rolunda çıxış edir.  Və ən əsası isə etibarlı tərəfdaşdır.
Bu gün Ermənistanla münasibətlərdə də yeni mərhələ formalaşır. Onilliklər davam edən münaqişənin ardından artıq praktiki sülh reallığı mövcuddur. Bu, təsadüf deyil. Bu, siyasi iradənin, strateji baxışın və düzgün zamanlamanın nəticəsidir.
Azərbaycan sübut etdi ki, güc təkcə hərbi qələbə ilə ölçülmür. Əsl güc sülhü qurmaq və onu davamlı etmək bacarığıdır. Bütün bu proseslərin fonunda bir həqiqət daha aydın görünür:
Azərbaycan artıq yalnız “kiçik dövlət” deyil. O, orta güc kimi formalaşan, regional və qlobal proseslərə təsir edən aktordur.

Yumşaq güc- diplomatiya, humanitar dəstək, etimad…
Sərt güc - təhlükəsizlik, enerji resursları, strateji mövqe…
Bakı bu iki gücü balanslaşdıraraq yeni model yaradır.
Dünya bu gün qeyri-müəyyənlik içindədir. Amma bəzi ölkələr bu qeyri-müəyyənliyi idarə etməyi bacarır. Azərbaycan həmin ölkələrdəndir. Məhz buna görədir ki, Azərbaycan Prezidenti İlham Əliyevi dünyada  böhran lideri adlandırırlar. Çünki cənab Prezident böhranları Azərbaycanın milli maraqlarına uyğun olaraq fürsətə çevriməyi və ölkəmizi  qlobal miqyasda daha güclü dövlətə çevriməyi bacarır. Bununla da Azərbaycan dünyadakı yumşa və orta güc kimi mövqeyini daha da möhkəmləndirməsinə geniş imkanlar yaradır.
Çünki burada siyasət reaksiya deyil-stratejidir.
Burada addımlar təsadüfi deyil-hesablanmışdır.
Burada liderlik emosional deyil-uzaqgörənlikdir.
Nəticə isə  göz qabağındadır. Bakı artıq hadisələrin baş verdiyi yer deyil.
Bakı hadisələrin istiqamətini müəyyən edən mərkəzlərdən biridir”.

Mürtəza

Chosen
41
1
olke.az

2Sources