EN

Kababı nə qədər yemək olar? -Həkimdən AÇIQLAMA

Endokrinoloq Oksana Mixalyova bildirib ki, kababdan həddindən artıq istifadə etmək insanın səhhətinin pisləşməsinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, o, lenta.ru-ya açıqlamasında bu yeməyin təhlükəsiz miqdarını da açıqlayıb.

Həkimin sözlərinə görə, sağlamlığa zərər vermədən bir dəfəyə təxminən 200 qram şiş kabab yemək olar. Bu miqdar orqanizm tərəfindən normal həzm olunur və mədə-bağırsaq sistemini yükləmir. Eyni zamanda, kababı iki-dörd həftədə bir dəfə istehlak etmək tövsiyə olunur.

Mixalyova vurğulayıb ki, kabab hər zaman faydalı hesab edilmir. Onun sözlərinə görə, kömür üzərində bişirmə zamanı yağların yanması və oksidləşməsi nəticəsində güclü kanserogen maddələr yaranır. Bu maddələr isə, xüsusilə bağırsaq xərçəngi kimi onkoloji xəstəliklərin riskini artıra bilər.

Həkim əlavə edib ki, ətin nə qədər yağlı olması da önəmlidir: yağlı tikələr bişirilərkən daha çox zərərli maddə əmələ gəlir və bu da kababı daha təhlükəli edir.

Aytəkin TOFİQQIZI

Chosen
70
1
redaktor.az

2Sources