"Atletiko Madrid" "Barselona"nın istədiyi hücumçu Xulian Alvaresə qiymət qoyub.
Fanat.Az xəbərverir ki, informasiyanı "The Touchline" yayıb.
Məlumata görə, Madrid təmsilçisi argentinalı ulduzun satışından azı 120 milyon avro qazanmaq niyyətindədir. Mənbə "blauqrana"nın qarşı tərəfə 70 milyon avro ödəməyə hazır olduğunu və hazırda tərəflərin danışıq apardığını vurğulayıb.
Daha öncə Alvaresin "Barsa"ya keçmək istəyini rəhbərliyə çatdırdığı bildirilmişdi.
Cari mövsüm bütün turnirlərdə 47 matça çıxan ön xətt oyunçusu 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat