EN

Şərhləri oxuyanda təzyiqim qalxır, panik atak oluram

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Müğənni İlqar Xəyal verilişlərə çıxmamasının səbəbini açıqlayıb. 

Axşam.az xəbər verir ki, "Afaqla 10lar" proqramında qonaq olan ifaçı yazılan tənqidi şərhlərə görə verilişlərdən uzaq qaldığını bildirib:

"Cəmiyyət müzakirə etməyi sevən olub: kişili, qadınlı. Günahkarsan ki, hansısa sözü deyəsən, dərhal müzakirə olunur. Verilişdən cümlə kəsib qoyurlar, başlayırlar yazmağa. Özümdən gedənəm. Həyatımı elə şərəflə yaşamaşıma ki, kimsə gözün üstə qaşın var deməsin. Xalqın sənətçiyə olan münasibəti bizi maraqlandırmaya bilməz. Hansısa bir sözüm, cümləm, hərəkətim... Müzakirələrdən uzaq olmağa çalışıram. Mənim o şərhləri görəndə təzyiqim qalxır, stres keçirir, panik-atak oluram. Çalışıram uzaq olum. Qadınların işi yoxdu, evdə oturub yazırlar. Bu, kişilərin bəs işi yoxdur? Onlar da rəy yazır. Minin içində biri olsa da ürək bulanır. Gedib oturmuşam Pirşağı kəndində".  

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
3
axsam.az

4Sources