EN

Türkiyə İsrail prezidentinin Astanaya uçmasına icazə vermədi: Bu yolla getdi

Türkiyə İsrail prezidenti İsaak Hersoqun Astanaya gedən təyyarəsinə uçuş icazəsi verməyib.

Publika.az xəbər verir ki, bu barədə mülki aviasiya xəbər portalı “HavasosyalMedya” məlumat yayıb.

Türkiyə səması silah daşıyan bütün təyyarələr və rəsmi İsrail nümayəndə heyətləri üçün bağlıdır, lakin üçüncü ölkələrdən planlaşdırılan mülki uçuşlar üçün açıqdır.

"Ankaranın imtina etməsi səbəbindən marşrut dəyişdirildi və təyyarə Avropa və Rusiya ərazisindən keçərək hərəkət etdi", - deyə açıqlamada bildirilir.

Chosen
74
publika.az

1Sources