EN

Nurlu ömrün səlnaməsi adlı tədbir keçirilib

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində  Qobustan rayon İcra Hakimiyyətinin, YAP Qobustan rayon təşkilatının və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq-alim,Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş "Nurlu ömrün səlnaməsi" adlı tədbir keçirilmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş,ardınca Partiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən qısametrajlı filmə baxılmışdır. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, RMX PHŞ-nın direktoru Günay Muradova, RMX PHŞ-nın Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Kəmalə Zərbaliyeva və RMX PHŞ-nın baş həkimi Xəyalə İmanova mövzu ətrafında çıxış etmişlər.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin sədaları altında başa çatmışdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
1
yeniazerbaycan.com

2Sources