ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Krasnodar vilayətinin liman və əsas kurort zonası olan Tuapse şəhəri iki həftə ərzində üçüncü dəfə Ukrayna pilotsuz uçuş aparatları (PUA) tərəfindən vurulub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Son hücum 28 aprel çərşənbə axşamı gecəsi baş verib.
Həmin gün yerli neft emalı zavodunda dron qəzasından sonra yanğın baş verib. Hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib.
Yaxınlıqdakı binaların sakinləri təxliyə olunub.
Ağarza Elçinoğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.