EN

Xanımı Timberleykdən boşanır?

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Aktrisa həyat yoldaşı Cessika Billin dünyaca məşhur müğənni-aktyor Castin Timberleykdən boşanmaq istədiyi iddia olunub.

Axşam.az xəbər verir ki, cütlük arasındakı problemlər Timberleykin Nyu-York küçələrində sərxoş vəziyyətdə maşın sürdüyünə görə həbs olunmasından sonra başlayıb.

Bildirilib ki, aktrisa ifaçının ailəsinə az zaman ayırmasından da şikayətçidir.

"O, artıq bezib. Timberleyk heç vaxt evdə olmur və buna görə də Cessika həmişə uşaqlara tək baxır. Üstəlik, o, artıq ictimaiyyət qarşısında utanmaq istəmir" deyə, cütlüyə yaxın mənbə açıqlayıb.

Bu səbəbdən Cessikanın ərinə ailəsinə vaxt ayırmayacağı təqdirdə boşanacağını dediyi iddialar arasında yer alıb.

Qeyd edək ki, şəxsi həyatlarını ictimaiyyətin diqqətindən kənarda saxlamaq üçün cütlük Los-Ancelesdəki malikanələrindən Montana dağlarındakı bir evə köçüblər. Onların 11 yaşlı Silas və 5 yaşlı Finesi adlı övladları var.

Cütlük 2012-ci ildə ailə qurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
55
axsam.az

1Sources