ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
BƏƏ polisi təkcə bazar günü Dubayda 200-dən çox şəxsi həbs edib.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, səbəb onların İranın hava hücumları ilə bağlı fotoları vatsap və digər platformalarda paylaşmasıdır. Bunu edənləri 2 ilədək həbs və 50 min dollar cərimə gözləyir. Bəs bu adddımı atmaqda polisin məqsədi nədir?
BƏƏ hökuməti mövcud vəziyyətdə ölkədə sanki heç nə olmayıb təəssüratı yaratmağa çalışır. Məqsəd turistləri və investorları qorxutmamaqdır. Hücum kadrlarını yaymaq ölkənin nüfuzunu ləkələmək hesab edilir və cinayət məsuliyyəti yaradır.
Ötən il Dubayda leysan nəticəsində küçələr gölə çevriləndə də Dubay administrasiyası çarəni həbslərdə və senzurada gördü. Hətta informasiya axınınba nəzarət etmək üçün ölkədə vatsap zəngləri qadağan edildi.
Dubayda yaşayan bir tanışım ötən il görüşərkən belə bir əhvalat danışdı: Londonda yaşayan qadın şəhərdəki gölməçənin şəklini paylaşdığı üçün onun Dubayda yaşayan əri həbs edilib.
Qərb ekspertlərinin qənaətinə görə BƏƏ-nin kibetrəhlükəsizlik haqqında qanunu öz sərtliyi ilə seçilir. Başqa ölkələrdə məsuliyyət yaratmayan hallar (qəza, yanğın və sair barədə məlumat yaymaq, polisin şəklini çəkmək) əmirlikdə çox vaxt cinayət əməli kimi tövsif edilir.
Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.