EN

Məktəblərdə minlərlə şagirdə cəza, valideynlərinə də xəbərdarlıq VERİLİB

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Azərbaycanda 5 831 şagirdə qırmızı kart verilib”. 

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov brifinqdə deyib. 

O bildirib ki, şagirdlərə verilən yaşıl, sarı və qırmızı kartların statistik müqayisəsi aparılıb: 

"Yaşıl kartların yüksək göstəricisi məktəb mühitində müsbət davranışların üstünlük təşkil etdiyini və pozitiv dəyişikliklərin baş verdiyini göstərir. 

Belə ki, cari ilin yanvar və fevral ayları üzrə təqdim olunan hesabatlara əsasən, ölkə üzrə ümumtəhsil məktəblərində 29 161 sarı kart, 5 831 qırmızı kart verilib. Yaşıl kartların sayı isə 46 383 olub". 

Qeyd edək ki, məktəblərdə tətbiq edilən qırmızı və sarı kart sistemi (bəzən narıncı da daxil olmaqla) şagird davranış qaydalarını tənzimləyən, intizamı gücləndirmək məqsədi daşıyan xəbərdarlıq və qiymətləndirmə mexanizmidir. 

Bu sistem şagirdlərin məktəb daxili nizam-intizama riayət etmələrini təmin etmək üçün istifadə olunur. Sarı Kart (Xəbərdarlıq) şagirdin davranış qaydalarını pozduğu, dərsə diqqət etmədiyi və ya intizamsızlıq etdiyi hallarda verilən ilkin xəbərdarlıqdır. 

Bu, şagirdə davranışını düzəltmək üçün bir şans kimi nəzərdə tutulur. Qırmızı kart (Ciddi Xəbərdarlıq/Cəza) sarı kart aldıqdan sonra davranışını düzəltməyən və ya birbaşa ciddi intizam pozuntusu (məsələn, bullinq, şiddət, dərslərdən yayinma) törədən şagirdlərə verilir. 

Bu, ən ciddi cəza tədbirlərindən biri hesab olunur və şagirdin şəxsi işinə əlavə edilir. Qırmızı kart alan şagirdin valideynlərinə xəbərdarlıq məktubu göndərilir. Qırmızı kart alan şagirdlər üçün məktəb rəhbərliyi tərəfindən müvafiq intizam tədbirləri görülür. 

Qeyd edək ki, bu sistemin şagirdlərdə psixoloji gərginlik yaratması və ya özlərini təhqir olunmuş hiss etmələrinə səbəb ola biləcəyinə dair fikirlər də mövcuddur. Bununla yanaşı, kartlar tətbiq olunmasına baxmayaraq, yenə də məktəblərdə şagirdlərin nizam-intizam pozğunluğu, aqressiv və zorakılıq halları müşahidə olunur. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

 

Açar sözlər:

şagird qırmızı kart

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
69
1
cebheinfo.az

1Sources