EN

Hindistanda qalmaqal: Modinin tərəfdarı müsəlmanları təhqir etdi

Hindistanda hakim "Bharatiya Canata Partiyası"nın (BJP) qadın qanadının təmsilçisi Udita Tyaqi müsəlmanları ağır şəkildə təhqir etdiyi videogörüntülərə görə kəskin etirazlarla üzləşib.

Ölkə.Az-ın ABŞ-nin "Muslim Network TV" telekanalına istinadən verdiyi məlumata görə, yayılan videoda Tyaqi müsəlman icmasını hədəf alaraq onları "cihadçı donuzlar" adlandırıb. O, müsəlmanların "donuzlar kimi çoxaldığını" iddia edərək bu icmanı birbaşa zorakılıqla əlaqələndirib.

Hindu ailələrə çağırış edən siyasətçi, demoqrafik üstünlük qazanmaq üçün onları erkən yaşda nikaha girməyə və hər ailədə ən azı dörd uşaq dünyaya gətirməyə səsləyib.

Sosial şəbəkələrdə geniş yayılan bu nifrət dolu çıxışlar Hindistanda müsəlmanlara qarşı artan dözümsüzlüyü yenidən müzakirə obyektinə çevirib.

Analitiklər vurğulayırlar ki, müsəlmanların "demoqrafik təhdid" kimi təqdim olunması ölkədəki sistematik siyasi ritorikanın bir hissəsidir. Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür alçaldıcı ifadələr real həyatda fiziki zorakılığa təkan verə bilər.

Xatırladaq ki, Udita Tyaqi daha əvvəl də azlıqların hüquqlarının tez-tez pozulduğu Uttar-Pradeş ştatında bənzər təxribatçı və qarşıdurma yaradan kampaniyaları ilə tanınıb. Bu hadisə Hindistanda nifrət nitqi ilə bağlı qanunların tətbiqi və siyasətçilərin məsuliyyətə cəlb olunması məsələsində ciddi suallar doğurub.

Chosen
34
1
olke.az

2Sources