EN

5 milyon dollar mükafat təklif edildiyi narkobaron SAXLANILDI

Ajans.az xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfuş məlumat verib. Nazir sosial şəbəkə hesabında bildirib ki, saxlanılma əvvəlcədən planlaşdırılmış və koordinasiyalı əməliyyat çərçivəsində həyata keçirilib. Onun sözlərinə görə, Flores Silva barəsində Meksikada həbs qərarı mövcuddur və o, ABŞ hakimiyyəti tərəfindən ekstradisiya məqsədilə axtarışa verilib. Harfuş əməliyyatda iştirak edən hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirərək onların cəsarət və intizam nümayiş etdirdiyini vurğulayıb.

Məlumatlara görə, Flores Silva kartelin əvvəlki rəhbəri, 2026-cı ilin fevralında təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı öldürülən El Menço (Nemesio Oseguera Servantes) üçün mümkün varis kimi qiymətləndirilirdi.

Chosen
78
Ajans.az

1Sources