EN

“Drujba” durub, Astana Almaniyaya nefri Xəzərdən göndərir

Qazaxıstanın Energetika Nazirliyi Almaniyaya çatası 260.000 ton neftin alternativ marşrutlara nəql edildiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazirlik bunun illik istehsal və ixrac planlarına təsir göstərməyəcəyini bildirib.

Qərar “Drujba” boru kəməri vasitəsilə tranzitin dayandırılması ilə əlaqədardır və bu, tədarükün adi qaydada yenidən bölüşdürülməsinə səbəb olub.

Nazirliyin məlumatına görə, 100.000 ton neft Ust-Luqa limanından, daha 160.000 ton isə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi vasitəsilə daşınacaq.

Axınların marşrutunun dəyişdirilməsi yükgöndərənlərlə razılaşdırılıb və əməliyyat xarakteri daşıyır. Nəqliyyat marşrutlarının dəyişdirilməsi illik neft hasilatı planının yerinə yetirilməsinə təsir göstərmir. "Mövcud nəqliyyat infrastrukturu Qazaxıstana sabit ixracı və qlobal bazarlara xam neftin fasiləsiz tədarükünü tam təmin etməyə imkan verir", - nazirliyin sözçüsü Asel Serikpayeva bildirib.

Qeyd edək ki, Moskvanın “Drujba” kəmərinin Qazaxıstan neftinə qapatmasını şərh edən ruslar bunun Almaniyanın Rusiyaya qarşı güclən məkdə olan düşmənçilik mövqeyi ilə izah edirlər.

Musavat.com

Chosen
74
musavat.com

1Sources