EN

Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO

Bakı Metropoliteni QSC-də kadr dəyişikliyi olub.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Toğrul Əliyev QSC-nin Mərkəzləşdirilmiş dispetçer xidmətinin rəisi təyin edilib.

Məlumat Bakı Metropoliteni QSC-dən təsdiqlənib.

Qeyd edək ki, T.Əliyev bu təyinatadək QSC-nin Hərəkət xidmətinin rəis müavini vəzifəsində çalışıb. O, bu ilin yanvarınadək isə Azərbaycan Dəmir Yolları QSC-də Yük əməliyyatları xidmətinin rəisi vəzifəsində işləyib.

Chosen
43
8
bakivaxti.az

9Sources