EN

Toydan sonra dava düşdü Nə baxırsan? deyib bakalı başına çırpdı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Yevlax rayonunda toydan çıxan şəxslər arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 9-da baş verib. 1993-cü il təvəllüdlü Şirvan həmin gün saat 21 radələrində ictimai iaşə obyekti olan “Çinar” restoranında olan kabinetdə digər şəxslərlə oturaraq spirtli içki olan pivə içərkən əvvəllər tanıdığı Bəhruzun (adlar şərtidir – red.) onun oturduğu həmin kabinetin qapısını açaraq içəri baxıb. Bu zaman o, Bəhruzdan “nə səbəbdən bu qapını açırsan” deyərək ona qarşı heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlər söyüb. Bəhruz ona nəzakətli olmasını deyəndən sonra restoranın otağında olan digər şəxslərin yanında alkoqol sərxoşluğu vəziyyətində mübahisə yaradıb. Şirvan otaqda olan stolun üzərindən şüşə materialdan olan pivə bakalını əli ilə götürüb və həmin pivə bakalı Bəhruzun başına çırpıb. Bu hərəkətləri ilə Bəhruza müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, restoran sahibinə isə pivə bakalının sınması nəticəsində 1 manat 89 qəpik məbləğində ziyan vurub. İş üzrə ifadə verən Şirvan ona elan olunmuş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ötən ilin sentyabrın 9-da, saat 17 radələrində “Turan” şadlıq sarayına toya gedib:“Bir müddət toyda oturduqdan sonra çıxdım, çay içmək üçün taksi ilə “Çinar” restoranına getdim. Dostum ilə birlikdə kabinetdə əyləşdik, çay sifariş etdik. Toyda bir qədər spirtli içki qəbul etmişdik. Ona görə də baş verənləri tam xatırlamıram. Zərərçəkmiş Bəhruzla heç bir ədavət və düşmənçiliyim yoxdur. Nə olubsa içkinin sərxoşluğu ilə anlaşılmazlıqdan olub”. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara dəymiş ziyanı ödəməyinin nəzərə alınmasını xahiş edib. İş üzrə zərərçəkmiş Bəhruzun sözlərinə görə, sentyabrın 9-da başında və sağ qolunda aldığı xəsarətlərlə bağlı Yevlax Rayon Mərkəzi Xəstəxanasına özü müraciət edib:“Həmin gün saat 17 radələrində dostum Xəlil ilə birlikdə “Turan” şadlıq sarayına toya getmişdim. Toyda təxminən 3-4 saat oturduqdan sonra çay içmək üçün “Çinar” restoranına yollandıq. Çöldə yerləşən stolların birində əyləşdik. Toyda bir qədər spirtli içki qəbul etdik. Ona görə də baş verənləri tam xatırlamıram. Şirvanla aramızda nə baş veribsə, hər ikimizin sərxoşluğu səbəbi ilə anlaşılmazlıqdan olub”.Yevlax Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə maddəsi tətbiq edilib, təqsirləndirilən şəxsə 2 il sınaq müddəti olmaqla 2 il 5 ay 28 gün müddətinə şərti cəza verilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
demokrat.az

1Sources