EN

Məktəblərdə kütləvi yoxlamalarla bağlı agentlikdən açıqlama

Bakı. Trend:

Son baş verən hadisələr çantada gətirilən əşyalarla birbaşabağlı deyil. Bu cür hadisələr məktəbdən kənarda da baş verəbilər.

Trend xəbər verirki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinindirektoru Eşqi Bağırov media üçün keçirilən brifinqdəjurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bir neçə məktəbdə mühafizə xidməti təşkilolunsa da, bu cür problemlərin tam qarşısını almaq hər zaman mümkünolmur:

"Direktor, müəllim, müavin və psixoloq – hər kəs öz vəzifəsinivicdanla yerinə yetirməlidir. Bizim üzərimizə düşən əsas vəzifə isəbu sahə ilə bağlı qayda və təlimatları hazırlayıb məktəb icmasınaçatdırmaqdır. Əsas məqsədimiz hadisələrin qarşısını almaqdır vənəticələrə əsaslanaraq bu istiqamətdə addımlar atırıq".

Agentlik sədri qeyd edib ki, məktəblərdə təhlükəsizliklə bağlımonitorinqlər keçirildiyi barədə iddialar doğrudur.

"Bəli, məktəblərdə təhlükəsizliklə bağlı monitorinqləraparılır".

Qeyd edək ki, son aylarda Bakı məktəblərində bir sıra neqativhadisələr baş verib. Belə ki, məktəblərdən birində şagirdinmüəllimə qarşı silahlı hücum etməsi, digər məktəbdə şagirdlərarasında zorakılıq halları, eləcə də sosial şəbəkələrdə təhlükəxarakterli paylaşımlar kimi hadisələr cəmiyyətdə ciddi narahatlıqdoğurub.

Chosen
61
3
az.trend.az

4Sources