EN

FİFA dan sarı vərəqələrlə bağlı YENİ QAYDA

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

FİFA 2026-cı il dünya çempionatında sarı vərəqələrlə bağlı yeni qayda tətbiq etməyə hazırlaşır.Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.Məlumata görə, FİFA futbolçuların pley-off mərhələsinin vacib oyunlarını buraxmaq ehtimalını azaltmaq üçün qrup mərhələsindən sonra bütün sarı vərəqələrin silinməsi variantını nəzərdən keçirir.Yeni sistemə əsasən, futbolçuların sarı vərəqələri qrup mərhələsinin sonunda, daha sonra isə 1/4 finaldan sonra ləğv edilə bilər. Bu, oyunçuların vərəqə limitinə görə pley-off və final mərhələsinin həlledici görüşlərini buraxmasının qarşısını almağa yönəlib.

 

Qayda dəyişikliyi DÇ-2026-nın formatının genişləndirilməsi ilə əlaqələndirilir. Belə ki, turnirdə ilk dəfə 48 komanda iştirak edəcək və pley-off mərhələsi 1/16 finaldan başlayacaq. Bu isə komandaların daha çox oyun keçirməsi və futbolçuların sarı vərəqə limitinə görə cəzalanma riskini artırır.

Əvvəlki dünya çempionatlarında sarı vərəqələr əsasən 1/4 finaldan sonra silinirdi. Bu, futbolçuların yarımfinalda aldıqları sarı vərəqəyə görə finalı buraxmaması üçün tətbiq olunurdu.Yeni qayda qəbul edilərsə, DÇ-2026-da əlavə “amnistiya” qrup mərhələsindən sonra da qüvvəyə minəcək.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
bizim.media

2Sources