EN

Kats: Hizbullah odla oynayır

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin müdafiə naziri İsrail Kats bazar ertəsi BMT-nin Livan üzrə xüsusi koordinatoruna xəbərdarlıq edib ki, "Hizbullah" "odla oynayır" və Livan hökuməti bunu dayandırmaq üçün heç bir tədbir görməsə, ölkə yanacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

İsrailin rəsmi hesabatına görə, Kats Janin Hennis-Plassxaert ilə görüşündə bildirib:

"Hizbullah lideri Naim Qasım odla oynayır, Livan prezidenti (Jozef) Aun isə Livanın gələcəyini riskə atır.

Livanda atəşkəs rejimi ilə bizim qüvvələrimizin və Qalileyadakı yaşayış məntəqələrimizin atəşə tutulmasının yan-yana mövcud olduğu bir reallıq olmayacaq. Əgər Livan hökuməti "Hizbullah" terror təşkilatının kölgəsində gizlənməyə davam edərsə, Livanın sidr ağaclarını yandıracaq bir yanğın alovlanacaq".

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
50
icma.az

10Sources