EN

Cəlilabadda 13 yaşlı yeniyetmə avtomobil qəzasında həlak olub

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 13 yaşlı yeniyetmə ölüb.

Məlumata görə, 1970-ci il təvəllüdlü Həmid Yarməmmədovun idarə etdiyi “VAZ 21043” markalı minik avtomobili Üçtəpə kəndindən Təzəkənd istiqamətində hərəkətdə olarkən 2013-cü il təvəllüdlü Murad Zamanovu vurub.

Yeniyetmə aldığı ağır xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
11
50
anews.az

10Sources